Qadın millimiz 13-cü pilləyə yüksəlib
19.08.2024 - 15:38
Qadın millimiz 13-cü pilləyə yüksəlib

Basketbolun 3x3 növü üzrə qadınlardan ibarət komandaların reytinq siyahısı açıqlanıb.

Apasport.az xəbər verir ki, cədvəldə dünyanın ən yaxşı 30 komandası yer alıb.

Azərbaycan millisi dünyada 13-cüdür. Yığmamızın hesabında 249,276 xal var. Komandamız son reytinqlə müqayisədə 3,332 xal itirib. Buna Qadın seriyasının Bakı mərhələsinin nəticələri səbəb olub. Buna baxmayaraq, yığmamız bir pillə irəliləyib.

Qeyd edək ki, cədvələ Kanada başçılıq edir – 568,620. Niderland (469,166) ikinci, Fransa (448,052) üçüncüdür.

writer photo
Əlirza Əlirzalı
0