Elmar Baxşıyev: “Onun da vaxtı gələcək”
29.10.2023 - 18:21
Elmar Baxşıyev: “Onun da vaxtı gələcək”

"Bilirdik ki, çətin oyun bizi gözləyir. "Sumqayıt" bu mövsün yaxşı oyunu ilə seçilən komandalardandır. Matç göstərdi ki, hər iki komanda bir-birinə layiq idi. "Sumqayıt" da uda bilərdi, biz də. Düşünürəm ki, oyunun ədalətli nəticə heç-heçə idi. Komandam meydanda istədiyim bəzi elementləri verməyə çalışır. Ola bilər ki, nəticəyə çatmırıq, amma oyun planında daha da inkişaf edə bilərik".

Apasport.az xəbər verir ki, bu sözləri "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev Premyer Liqanın 11-ci turunun "Sumqayıt"la matçından sonra keçirilən mətbuat konfransında deyib.

- Qələbə üçün nə çatmadı?
- Qol. Hücumların sayı çoxdur. Tək bu oyunda yox. Son 6-7 oyuna nəzər yetirsək, bəlkə də çempionatda da hamıdan çox hücumdayıq, sadəcə son nöqtəni qoya bilmirik. Lakin ümid edirik ki, onun da vaxtı gələcək, onu da düzəldəcəyik. 

- "Səbail" və "Sumqayıt" qapınız qarşısında daha çox qol epizodu yaradır. Bunun səbəbini nədə görürsüz?
- "Səbail"lə hansı oyuna baxmısız? Bu mövsümü deyirsiz? Həmin görüşdə 18 hücum bizdə olub, bir dəfə rəqibdə. "Səbail" bir hücum edib, 90+5-ci dəqiqədə, onu da vurublar. Bu mövsümkü oyun tam üstünlüyümüzlə keçib. Sadəcə son dəqiqədəki qolla uduzmuşuq.
 

writer photo
Əlirza Əlirzalı
0