7 may "Sərhədçi" İdman Mərkəzində Azərbaycan Basketbol Liqasının (ABL) pley-off yarımfinal oyunlarına start verilib.
Apasport.az xəbər verir ki, pley-off 'un yarımfinal mərhələsində, "Sabah" və "Xırdalan" komandaları arasında seriyanın 1-ci oyunu baş tutub. Oyunun əvvələrindən üstünlüyü ələ keçirmiş "Sabah", yekunda 101-85 hesablı rahat qələbə qazanıb. Bu qələbə ilə "Sabah" seriyanın ümumi hesabında 1-0 önə keçib.
Ən məhsuldar basketbolçular: "Sabah" (Kivon Devenport - 24 xal, 3 ribaund), "Xırdalan" (Teyvion Körk - 27 xal, 9 asist).
Qeyd edək ki, "Sabah" və "Xırdalan" komandaları arasında yarımfinal seriyasının 2-ci oyunu 10 may tarixində baş tutacaq