18 yaşadək basketbolçu oğlanlardan ibarət Azərbaycan millisi Avropa çempionatında mübarizəyə başlayıb.
Apasport.az xəbər verir ki, Albaniyanın Elbasan şəhərində 18 yaşa qədər oğlanlar arasında keçirilən basketbol üzrə Avropa çempionatı "C" divizionunda millimizin ilk qrup oyunu baş tutub. B qrupunda qərarlaşmış millimizin ilk rəqibi Moldova seçməsi olub. Oyuna fəal başlayan Anar Sarıyevin yetirmələri, yekunda rəqib üzərində 87-76 hesablı qələbə ilə azarkeşləri sevindirməyi bacarıblar. Qarşılaşmanın ən məhsuldar basketbolçusu millimizin üzvü Rafael Ağayev (24 xal, 12 ribaund) seçilib. Bu qələbə ilə yığmamız yarımfinala vəsiqəni təmin edib.
Qeyd edək ki, millimizin qrupda sonuncu oyunu 25 iyul Bakı vaxtı ilə saat 18:00-da Ermənistan yığmasına qarşı olacaq.