“Turan Tovuz” Futbol Akademiyasının U-19, U-17, U-16 və U-15 komandalarının üzvlərinə və məşqçi heyətinə irqçiliyə qarşı mübarizə üzrə təlim keçirilib.
Apasport.az klubun mətbuat xidmətinə istinadla xəbər verir ki, tədbirdə akademiya koordinatoru Rasim Əliyev, mətbuat katibi eyni zamanda lisenziyalaşdırma meneceri Süleyman Tağıyev, futbolda sosial məsuliyyət üzrə əməkdaşı Elmir Musayev iştirak edib. Görüş zamanı mövzu ilə bağlı xüsusi təqdimatlar edilib, maarifləndirici çıxışlar aparılıb, əyani videoçarxlar nümayiş olunub.
“Turan Tovuz” futbol adına ləkə salan və ümumiyyətlə, insanlıqdan uzaq olan bu cür halları pislədiyini və irqçiliyə qarşı mübarizə aparacağını bəyan edib.