Azərbaycanın basketbolun 3x3 növü üzrə qadın yığmasının Olimpiya Təsnifat Turnirindəki növbəti oyununa çıxacaq.
Apasport.az xəbər verir ki, Honkonqda təşkil olunan yarışın yarımfinalında millimiz Macarıstanla qarşılaşacaq.
B qrupunda 2-ci yeri tutan komandamızın A qrupunun qalibi ilə dueli saat 11:30-da start götürəcək. Tiffani Hayes, Aleksandra Mollenhauer, Dina Ulyanova və Marsedes Uolkerdən ibarət yığmamız Paris-2024-ə yeganə vəsiqəni ələ keçirmək üçün öncə yarımfinal, ardınca finalda qalib gəlməlidir.
Digər yarımfinalda Niderlandla A qrupunun ikincisi Polşa görüşəcək.
Qeyd edək ki, yığmamız qrupda Çilini 17:14, Monqolustanı 13:12 hesabı ilə məğlub edib, Niderlanda uduzub – 11:15. Macarlar qrup mərhələsində Honkonqa (21:7), Polşaya (20:16) qalib gəlib, Misirə (17:20) uduzub.