2 milyonluq mərc və 4 milyonluq UDUŞ
29.11.2022 - 15:39
2 milyonluq mərc və 4 milyonluq UDUŞ

Qətərdə keçirilən dünya çempionatı daha bir proqnozsevəri sevindirib.

Apasport.az saytının məlumatına görə, Rusiyada bir better qrup mərhələsinin II turunda İspaniya ilə Almaniya arasında keçirilən matçdan qazanc götürüb.

Həmin şəxs İspaniya 1:0 hesabı ilə öndə olarkən 75-ci dəqiqədə Almaniyanın uduzmayacağına 1 milyon rubl qoyuluş edib. Proqnozsevər 79-cu dəqiqədə eyni nəticəyə daha 1 milyon rubl “atıb”. Qarşılaşmanın 83-cü dəqiqəsində Bundestim bərabərlik topunu vurmaqla həmin şəxsə 3 milyon 990 min rubl, yəni 111 min 321 manat qazandırıb.

Qeyd edək ki, İspaniya – Almaniya oyunu 1:1 hesabı ilə yekunlaşıb.
 

writer photo
Əlirza Əlirzalı
0