Bu gün Çempionlar Liqasının finalında üz-üzə gələcək “Liverpul”la “Real” avrokuboklar tarixində 9-cu dəfə meydana rəqib qismində çıxacaqlar.
Apasport.az saytının məlumatına görə, İngiltərə və İspaniya nəhəngi indiyə qədər beynəlxalq arenada 8 dəfə üz-üzə gəlib ki, bunun hamısı məhz Çempionlar Liqasına təsadüf edib.
Bu komandalar arasında ilk duel 1980/81 mövsümündə gerçəkləşib. Həmin vaxt “Liverpul” finalda rəqibini üstələyib. 2017/18 mövsümündəki həlledici qarşılaşmadan isə “Real” qalib ayrılıb. Bu gün “kral klubu” ilə “mersisaydlılar” ÇL-in üçüncü finalında qarşılaşacaq.
Matçların 4-də “Real”, 3-də “Liverpul” qələbə qazanıbsa, 1 dəfə heç-heçə qeydə alınıb. Ötən mövsüm komandalar qrup mərhələsində üz-üzə gəlib, ispanlar rəqibindən 4 xal alıb. İngiltərə təmsilçisi “Real”ı sonuncu dəfə 13 il əvvəl - 2009-cu ildə məğlub edib.
İndiyəqədərki duellər:
1980/81, final: “Liverpul” – “Real” – 1:0
2008/09, 1/8 final: “Real” – “Liverpul” – 0:1, 0:4
2014/15, qrup: “Liverpul” – “Real” – 0:3, 0:1
2017/18, final: “Real” – “Liverpul” – 3:1
2021/21, 1/4 final: “Real” – “Liverpul” – 3:1, 0:0