AVF rəsmisinə növbəti dəfə təyinat verilib
12.11.2024 - 12:37
AVF rəsmisinə növbəti dəfə təyinat verilib

Avropa Voleybol Konfederasiyası (CEV) tərəfindən Azərbaycan Voleybol Federasiyasının Beynəlxalq əlaqələr şöbəsinin rəhbəri Mixail Frişmana növbəti təyinat verilib.

Apasport.az xəbər verir ki, qurum rəsmisi qadın voleybolçular arasında Çempionlar Liqasının təsnifat mərhələsinin IV raundunda E qrupunun “C.S.O. Voluntari 2005” (Rumıniya) və “BKS Bostik ZGO Byelsko-Byala” (Polşa) klublarının qarşılaşmasında supervayzer kimi hakimlərin işinə qiymət verəcək.

Qeyd edək ki, noyabrın 13-də Rumıniyanın paytaxtı Buxarestdə baş tutacaq qarşılaşmanın hakimləri lixtenşteynlı Aleksander Sikanyiç və belçikalı Koen Luts olacaq.

writer photo
Əlirza Əlirzalı
0