Almaniyada itki: İlk turu buraxacaq
22.11.2022 - 13:39
Almaniyada itki: İlk turu buraxacaq

DÇ-2022-nin daha bir iştirakçısı itki ilə üzləşib.

Apasport.az saytının məlumatına görə, Almaniya yığması Leroy Sanenin xidmətindən məhrum olub.

“Bavariya”nın vingeri ilk turun Yaponiya ilə matçını buraxacaq. Buna futbolçunun dizindəki zədə səbəb olub.

Qeyd edək ki, noyabrın 23-də baş tutacaq Almaniya – Yaponiya matçı Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.

writer photo
Əlirza Əlirzalı
0