Rudi Qarsya: "Məqsədim Ronaldonu xoşbəxt etməkdir"
03.01.2023 - 21:56
Rudi Qarsya: "Məqsədim Ronaldonu xoşbəxt etməkdir"

“Məqsədim onu ​​xoşbəxt etmək və “Əl-Nəsr”də hər anından həzz almasına kömək etməkdir".

Apasport.az xəbər verir ki, bunu Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun baş məşqçisi Rudi Qarsya deyib.

İspan əsilli fransalı baş məşqçi Kriştianu Ronaldo ilə gələcək əməkdaşlıqdan danışıb. "Lill", "Roma", "Marsel", "Lion" kimi komandaların baş məşqçisi olmuş Qarsya etiraf edib ki, heç vaxt Ronaldu kimi futbolçu ilə çalışmayıb:

"Mən heç vaxt onun kimi səviyyəli oyunçunu çalışdırmamışam. Çünki o, əlçatmazdır. Onun transferi futbolumuz və bütövlükdə Səudiyyə Ərəbistanı üçün yaxşıdır".

Qeyd edək ki, Rudi Qarsya indiki klubuna baş məşqçi kimi ötən ilin 29 iyununda rəsmi şəkildə təyin olunub. 

writer photo
Əlirza Əlirzalı
0