Ançelotti Fergüssonu arxada qoydu
18.05.2023 - 00:26
Ançelotti Fergüssonu arxada qoydu

“Real”ın baş məşqçisi Karlo Ançelotti Çempionlar Liqasında yeni rekord müəyyənləşdirib.

Apasport.az-ın məlumatına görə, italiyalı mütəxəssis turnirdə ən çox oyun keçirən məşqçi olub.

Ançelotti “Mançester Siti” ilə görüşdə 191-ci dəfə komandasını meydana çıxarıb. Bununla da, o, “Mançester Yunayted”in əfsanəvi baş məşqçisi Aleks Fergüssonu (190 oyun) arxada qoyub. Arsen Venger (184 oyun) üçüncü, Pep Qvardiola (160 oyun) isə dördüncü pillədə qərarlaşıb.

Qeyd edək ki, Don Karlo bu matçların 106-da qələbə qazanıb, 41-də heç-heçə oynayıb, 42 görüşdə isə uduzub.

writer photo
Əlirza Əlirzalı
0