“Beşiktaş” Türkiyə millisinin futbolçusunu icarəyə götürür
27.01.2023 - 12:41
“Beşiktaş” Türkiyə millisinin futbolçusunu icarəyə götürür

“Beşiktaş” Türkiyə milli komandasının futbolçusu Kaan Ayhanı heyətinə cəlb edə bilər.

Apasport.az saytı İtaliya mətbuatına əsasən xəbər verir ki, “qara qartal” hazırda “Sassualo”da oynayan 28 yaşlı müdafiəçinin xidmətində maraqlıdır. 

İstanbul təmsilçisi Ayhanı 500 min avroya icarəyə götürməyi planlaşdırır. Əgər o, özünü “Beşiktaş”da doğruldarsa, futbolçu A seriyası klubunda 3,5 milyon avroya alınacaq. 

Qeyd edək ki, Ayhan 2020-ci ildə Almaniya “Fortuna”sından “Sasualo”ya keçib.

writer photo
Əlirza Əlirzalı
0