Qətərdə təşkil olunan DÇ-2022-nin C qrupunda III turun oyunları keçirilib.
Apasport.az saytının məlumatına görə, bu matçlar həlledici xarakter daşıyıb.
Bu qrupda 1/8 finala vəsiqələrdən heç birinin sahibi müəyyənləşməmişdi. Dörd komandanın da qrupdan çıxmaq şansı olduğundan son tur böyük maraq kəsb edirdi.
Polşa çempionatın favoritlərindən sayılan Argentina ilə üz-üzə gəlib. Bu matçda rəqibini iki top fərqi ilə üstələyən cənubi amerikalılar qrup lideri kimi növbəti mərhələyə vəsiqə qazanıb. Məğlubiyyətə baxmayaraq polşalılar da 1/8 finala yüksəlib.
Digər qarşılaşmada Səudiyyə Ərəbistanı ilə Meksika qarşılaşıb. "Asteklər" rəqibini 2:1 hesabı ilə məğlub etsə də, top fərqində Polşadan geri qalaraq qrup səddini aşa bilməyib.
Beləliklə, 1/8 finalda Argentina Avstraliya ilə, Polşa isə Fransa ilə qarşılaşacaq.
Qeyd edək ki, qrup mərhələsinin görüşləri dekabrın 2-dək davam edəcək.
DÇ-2022, qrup mərhələsi
C qrupu
III tur, 30 noyabr
23:00. Polşa – Argentina 0:2
Qollar: Aleksis MakAllister, 46, Yulian Alvares, 67
23:00. Səudiyyə Ərəbistanı – Meksika 1:2
Qollar: Henri Martin, 47, Luis Çaves, 52, Salem Əl-Davsari, 90+5
1 |
Argentina |
3 |
2 |
0 |
1 |
5-2 |
6 |
2 |
Polşa |
3 |
1 |
1 |
1 |
2-2 |
4 |
3 |
Meksika |
3 |
1 |
1 |
1 |
2-3 |
4 |
4 |
Səudiyyə Ərəbistanı |
3 |
1 |
0 |
2 |
3-5 |
3 |