"Arsenal" "Nyukasl"ı məğlub edə bilmədi, məşqçilər mübahisə etdilər
04.01.2023 - 01:42
"Arsenal" "Nyukasl"ı məğlub edə bilmədi, məşqçilər mübahisə etdilər

İngiltərə Premyer-liqasının XIX turunun daha 3 oyunu keçirilib.

Apasport.az xəbər verir ki, turun mərkəzi oyununda "Arsenal" Londonda 3-cü pillədə olan "Nyukasl"ı qəbul edib.

Görüşdə hesab açılmayıb. Görüşün 90+5-ci dəqiqəsində Qranit Cakanın cərimə meydançasına vermək istədiyi ötürmə Cakob Mörfinin əlinə dəyib. Lakin baş hakim penalti nöqtəsini göstərməyib. Bu isə "topçular"ın baş məşqçisi Mikel Artetanın kəskin narazılığına səbəb olub. Bu narazılığa "Nyukasl"ın baş məşqçisi Edi Hau da reaksiya verincə, tərəflər arasında mübahisə yaşanıb. Bununla belə, oyundan sonra hər iki məşqçi bir-birinin əlini sıxıb.

Turun digər görüşlərində "Lester" və "Everton" öz meydanlarında müvafiq olaraq "Fulhem"ə 0:1 və "Brayton"a 1:4 hesabı ilə uduzub.

Qeyd edək ki, "Arsenal" 44 xalla turnir cədvəlinin lideridir. Onlar ən yaxın izləyiciləri olan son çempion "Mançester Siti"ni 8 xal qabaqlayırlar.  

writer photo
Əlirza Əlirzalı
0