“Zirə” “Qarabağ”ın futbolçusunu icarəyə götürür
17.01.2024 - 13:40
“Zirə” “Qarabağ”ın futbolçusunu icarəyə götürür

“Qarabağ”ın yarımmüdafiəçisi Nihad Quliyev üçün daha bir klub hərəkətə keçib.

Apasport.az saytına verilən məlumata görə, “Araz-Naxçıvan” və “Kəpəz”in transfer siyahısında olan futbolçunun xidmətində indi də “Zirə” maraqlıdır.

Belə ki, qəsəbə təmsilçisi Quliyevi mövsümün sonuna qədər icarəyə götürməyi planlaşdırır.

“Kəpəz”ə keçidi baş tutmayan “Qarabağ”lının “Zirə”yə keçidi gündəmdədir.

Yaxın günlərdə onun bu kluba altı aylıq icarəyə verilməsi reallaşa bilər.

writer photo
Əlirza Əlirzalı
0