"Tottenhem" təhlükədə
22.11.2023 - 14:14
"Tottenhem" təhlükədə

"Tottenhem" cəzalandırıla bilər.

Apasport.az xəbər verir ki, London klubu 2008-ci ildə gerçəkləşdirdiyi transfer üzündən təhlükə ilə üzləşib.

Premyer Liqa təmsilçisi Cermeyn Defo üçün "Portsmut"la müqavilə bağlayarkən transfer qaydalarını pozub. Futbolçunun transferində lisenziyası olmayan agent iştirak edib. Bu, kluba transfer qadağasından tutmuş xalların silinməsinə və ya aşağı düşməsi ilə nəticələnə bilər.

Qeyd edək ki, 2007/2008 mövsümündə İngiltərə Liqa Kubokunu qazanan futbolçu 2022-ci ilin yanvarında karyerasını başa vurub. 41 yaşlı mütəxəssis hazırda klubun akademiyasında çalışır.

writer photo
Əlirza Əlirzalı
0