Kazemironun “Mançester Yunayted”dəki qazancı dəqiqləşdi
19.08.2022 - 10:06
Kazemironun “Mançester Yunayted”dəki qazancı dəqiqləşdi

“Real”ın futbolçusu Kazemiro “Mançester Yunayted”ə keçməyə yaxındır.

Apasport.az saytının məlumatına görə, braziliyalı yarımmüdafiəçinin İngiltərə klubundakı maaşı da dəqiqləşib.

Belə ki, tərəflər şəxsi müqavilənin detallarını razılaşdırıb. 30 yaşlı futbolçu həftədə 413 min avro qazanacaq.

Qeyd edək ki, transferin 60 milyona reallaşacağı gözlənilir. 
 

writer photo
Əlirza Əlirzalı
0