“Çelsi”nin qış istəyi
08.09.2023 - 16:28
“Çelsi”nin qış transferində heyətə qatacağı ilk futbolçunun kimliyinə aydınlıq gəlib.
Apasport.az saytı xəbər verir ki, London klubu "Brügge"nin yarımmüdafiəçisi Antonio Nusanı hədəfə alıb.
“Zadəganlar” hələ yayda 18 yaşlı vinqerin keçidini həll etməyə çalışsalar da, bu mümkün olmadı. Danışıqları davam etdirən Premyer Liqa təmsilçisi növbəti transfer pəncərəsində 30 milyon funt-sterlinq ödəyərək norveçli futbolçunu alacağına inanır.
Qeyd edək ki, Nusanın Belçika təmsilçisi ilə müqaviləsi 2027-ci ilin yayında bitəcək. Futbolçu bu mövsüm 10 matçda 1 qol və 2 assistlə yadda qalıb.
0
0