"Arsenal"ın futbolçusu: "Ronaldinyo tarixin ən yaxşısıdır"
29.12.2022 - 21:30
"Arsenal"ın futbolçusu: "Ronaldinyo tarixin ən yaxşısıdır"

“Özüm karyeramın əvvəlində hücumçu olmuşam. Sonra sol cinah vinqeri, daha sonra yarımmüdafiəçi oldum, indi isə müdafiənin solunda oynayıram. Bəlkə sonda mərkəz müdafiəçisi və ya qapıçı olacağam!"

Apasport.az xəbər verir ki, bunu “Arsenal”ın yarımmüdafiəçisi Aleksandr Zinçenko deyib.

O, tarixin ən yaxşı oyunçusunu seçib. Ukraynalı futbolçu braziliyalı Ronaldinyonun adını çəkib: "Ən çox "Barselona"da oynayan vaxtlarında Ronaldinyonun oyununu izləməyi xoşlayırdım. O inanılmaz idi.

Hər kəsin öz kumirləri var idi, Ronaldinyo da mənimki idi. Mən bunu tarixin ən böyük hadisəsi adlandırardım. Lionel Messinin nə qədər yaxşı olduğuna şübhə yoxdur. Amma hər kəsin zövqü fərqlidir. Ronaldinyo mənim üçün ən yaxşı idi”.

writer photo
Əlirza Əlirzalı
0