Ronaldo rekorda doymur
28.09.2023 - 11:10
Ronaldo rekorda doymur

Kriştiano Ronaldo daha bir rekorda imza atıb.

Apasport.az saytı xəbər verir ki, “Əl-Nəsr”in 38 yaşlı hücumçusu futbol tarixində mindən çox məğlubiyyətsiz oyun keçirən ilk futbolçu olub.

Ümumilikdə Portuqaliya millisinin kapitanının  hesabında 777 qələbə, 224 heç-heçə və 182 məğlubiyyət var. 1001 məğlubiyyətsiz oyunun 21-i "Sportinq", 284-ü "Mançester Yunayted", 386-sı "Real Madrid", 114-ü "Yuventus", 27-si "Əl Nəsr" və 168-i millidə oynayarkən olub.

Qeyd edək ki, Kriştiano Ronaldo beş dəfə "Qızıl top" mükafatının qalibi olub. O, beş dəfə Çempionlar Liqası (1 dəfə "Mançester Yunayted"lə və 4 dəfə "Real Madrid"lə), üç dəfə İngiltərə, 2 dəfə isə İspaniya və İtaliya çempionu olub. Forvard Portuqaliya millisi ilə 2016-cı ildə Avropa kubokunu başı üzərinə qaldırıb.

writer photo
Əlirza Əlirzalı
0