Bu gün Asiya Kubokunun və Afrika Millətlər Kubokunun seçmə mərhələ oyunları keçiriləcək.
Apasport.az saytının məlumatına görə, türkiyəli futbol eksperti Görkem Candan bu turnirlərin matçlarından ibarət ekspress kupon hazırlayıb.
Mütəxəssis Tacikistan – Myanmar görüşündə birincilərin ən azı 3 qol vuracağını proqnozlaşdırıb. Görkem Candan Hindistanın Kamboca ilə matçının birinci hissəsində qol yox, qollar gözləyir.
O ki qaldı Afrika zonasındakı qarşılaşmaya, türkiyəli ekspert hesab edir ki, Əlcəzair Tanzaniya səfərində ikinci hissəni üstün keçirəcək. Təqdim edilən 3 oyunluq kuponun ümumi əmsalı 4,68 edir.
Tacikistan – Myanmar: Ev sahibi ÜST
Hindistan – Kamboca: H/T – 1,5 ÜST
Tanzaniya – Əlcəzair: İkinci hissə 2