Autsayder "Mançester Siti"ni Liqa Kubokundan uzaqlaşdırdı
12.01.2023 - 02:01
Autsayder "Mançester Siti"ni Liqa Kubokundan uzaqlaşdırdı

İngiltərə Liqa Kubokunun 1/4 finalında "Mançester Siti" mübarizəni dayandırıb.

Apasport.az xəbər verir ki, Premyer Liqanın autsayderi olan "Sauthempton" sensasiyaya imza atıb. Bu komanda öz meydanında, demək olar ki, əsas heyətlə meydana çıxmış "Mançester Siti"ni 2:0 məğlub edib.

Digər görüşdə "Notinqem Forest"lə "Vuverhempton" əsas vaxtda 1:1 oynayıb. Penaltilərdə meydan sahibi olan "meşəlilər" 4:3 qalib gəlib.

Beləliklə, 23 yanvarda keçiriləcək Liqa Kubokunun yarımfinalında bu komandalar bir-birinə rəqib olub: "Sauthempton" – "Nyukasl" və "Notinqem Forest" – "Mançester Yunayted".

writer photo
Əlirza Əlirzalı
0