Avropa Liqası: Son 6 vəsiqənin sahibi müəyyənləşir
03.11.2022 - 10:10
Avropa Liqası: Son 6 vəsiqənin sahibi müəyyənləşir

Bu gün Avropa Liqasında qrup mərhələsinə yekun vurulacaq.

Apasport.az saytının məlumatına görə, VI tur çərçivəsində 16 oyun keçiriləcək.

Bu qarşılaşmalar qitənin ikinci dərəcəli klub turnirində mübarizəni davam etdirəcək 6 komandanı müəyyənləşdirəcək. Pley-offa iddiaçılar arasında Azərbaycan çempionu “Qarabağ” da var. Təmsilçimiz Almaniya “Frayburq”u ilə görüşəcək.

İlk 5 turdan sonra “Betis”, “Sent Jiloaz”, “Frayburq” və “Ferensvaroş” 1/8 finala vəsiqəni təmin edib. “Arsenal”, PSV, “Fənərbaxça”, “Renn”, “Real Sosyedad”, “Mançester Yunayted” komandaları qrupdan çıxmağı təmin etsə də, 1/8 final, yoxsa pley-offda oynayacağı son turda dəqiqləşməlidir. 

Qeyd edək ki, “Ayaks”, “Bayer”, “Barselona”, “Sportinq”, “Zalsburq”, “Şaxtyor”, “Sevilya” və “Yuventus” Çempionlar Liqasının qrup üçüncüsü kimi pley-offa qatılacaq.

A qrupu
⚽  00:00. “Arsenal” – “Sürix”
⚽  00:00. “Bodo Qlimt” – PSV

B qrupu
⚽  00:00. “Dinamo” K – “Fənərbaxça”
⚽  00:00. “Renn” - AEK

C qrupu
⚽  00:00. “Betis” - HİK
⚽  00:00. “Roma” – “Lüdoqorets”

D qrupu
⚽  00:00. “Sent Jiloaz” – “Union”
⚽  00:00. “Braqa” – “Malmö”

E qrupu
⚽  21:45. “Real Sosyedad” – “Mançester Yunayted”
⚽  21:45. “Şerif” – “Omoniya”

F qrupu
⚽  21:45. “Midtulland” – “Şturm”
⚽  21:45. “Feyenoord” – “Latsio”

G qrupu
⚽  21:45. “Olimpiakos” – “Nant”
⚽  21:45. “Qarabağ” – “Frayburq”

H qrupu
⚽  21:45. “Trabzonspor” – “Ferensvaroş”
⚽  21:45. “Monako” – “Srvena Zvezda”
 

writer photo
Əlirza Əlirzalı
0