Azərbaycan - Avstriya oyununun biletləri satışa çıxarılır
05.10.2023 - 17:44
Azərbaycan - Avstriya oyununun biletləri satışa çıxarılır

Azərbaycan - Avstriya oyununun biletlərinin qiyməti və satışa çıxarılacağı tarix müəyyənləşib.

Apasport.az xəbər verir ki, bunu AFFA-nın mətbuat xidməti açıqlayıb.

AVRO-2024-ün seçmə mərhələsi çərçivəsində oktyabrın 16-da keçiriləcək qarşılaşmanın biletləri sabah satışa çıxarılacaq. Biletlərin qiyməti 5, 10, 15 manat, VİP sektorlara isə 30, 50 və 200 manatdır. Azarkeşlər yığmanın oyununa biletləri iTicket.az satış məntəqələri, “Gənclik Mall”, “28 Mall”, Heydər Əliyev Sarayının kassası, No1 və No2 Köşkləri, 1, 2, 3 və Sumqayıt Regional ASAN xidmət mərkəzlərindən əldə edə bilərlər.

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matç saat 20:00-da başlayacaq.

writer photo
Əlirza Əlirzalı
0