“Atletiko”dan tarixi qələbə
29.08.2023 - 11:47
“Atletiko”dan tarixi qələbə

“Atletiko” tarixinin yeni rekorduna imza atıb.

Apasport.az saytının məlumatına görə, Madrid klubu İspaniya çempionatları tarixində özünün ən böyükhesablı səfər qələbəsini qazanıb.

Paytaxt təmsilçisi La Liqanın 3-cü turunda bu uğura imza atıb. “Atletiko” “Rayo Valyekano” ilə səfər matçında 7:0 hesablı qələbə qazanıb.

Qeyd edək ki, “Atletiko” XXI əsrdə La Liqada ikinci belə qalibiyyətini alıb. 2013-cü ildə “Xetafe” ilə ev matçında da 7:0 hesablı qələbə yaşanıb.
 

writer photo
Əlirza Əlirzalı
0