“Sabah” Amin dedi
27.12.2022 - 12:06
“Sabah” Amin dedi

“Sabah” müdafiəçisi Amin Seydiyevlə yeni müqavilə bağlayıb. 

Apasport.az saytının məlumatına görə, millimizin də şərəfini qoruyan 24 yaşlı müdafiəçi 2026-cı ilə kimi Bakı təmsilçisinə məxsus olacaq.

Seydiyev 2020-ci ildən “Sabah”ın uğurları üçün çalışır. O, bu günə kimi komandanın heyətində 71 rəsmi matç keçirib (66 oyun Premyer Liqada, 5 oyun ölkə kubokunda), 2 qol vurub. Amin “Sabah”ın heyətində ən çox oyun keçirmiş futbolçudur.
 

writer photo
Əlirza Əlirzalı
0