Macarıstan - Azərbaycan oyununun hakimləri müəyyənləşib
01.04.2024 - 16:36
Macarıstan - Azərbaycan oyununun hakimləri müəyyənləşib

Qadın futbolçulardan ibarət Azərbaycan millisinin səfərdə Macarıstan yığmasına qarşı keçirəcəyi Avropa çempionatının seçmə mərhələ oyununun təyinatları bəlli olub.

Apasport.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, matç İngiltərədən olan ədalət qoruyucularına tapşırılıb.

Macarıstandakı görüşdə Kirsti Doul baş hakim olacaq. Ona Sofi Denninqton və Rubi Sykes kömək edəcəklər. Dördüncü hakim funksiyasını Emili Heaslip yerinə yetirəcək.

Qeyd edək ki, matç Bakı vaxtı ilə saat 19:45-də başlayacaq.

writer photo
Əlirza Əlirzalı
0