"Oyunu iki hissəyə bölmək olar. Birinci hissə bizim üçün yaxşı alındı, ikincisi ondan da yaxşı. Futbolçularımız xarakter göstərə bildilər. Birinci qoldan sonra “Neftçi”yə layiq tərzdə oynamağa başladılar".
Apasport.az xəbər verir ki, bu sözləri "Neftçi"nin köməkçi məşqçisi Saşa Petroviç Premyer Liqanın 34-cü turunun "Kəpəz" görüşündən sonra keçirilmiş mətbuat konfansında deyib. O, jurnalistlərin suallarını da cavablandırıb.
- Qeyd etdiniz ki, “Neftçi” futbolçuları bu gün xarakter göstərdilər. Bəs, komanda ötən turda uduzduğu görüşdə niyə həmin xarakteri göstərə bilmədi?
- Çətin sualdır. “Qarabağ”la oyun haqda onu deyə bilərəm ki, onlar yəqin hazırda bizdən daha yaxşı komandadır. Son dörd aydır ki, burada çalışırıq. Yaınız bu mərhələdə müəyyən diaqnozları qoya bildik. İndi isə irəliyə baxa bilərik. Hansı istiqamətdə işləmək lazım olduğunu da anlayırıq. Yaxşı haldır ki, Ağadadaş Salyanski və Brayan Moreno qollarını vurdular. Bu da “Neftçi”nin gələcəyi üçün faydalıdır. “Qarabağ”la oyunu unutmalı, gələcəyə baxmalıyıq.
- Miodraq Bojoviçin yeri nə dərəcədə görünürdü? Sizə hansı təlimatlar verirdi?
- Bojoviçlə uzun müddətdir ki, birlikdə çalışırıq. Hər şey qaydasında idi. Nəticə də bunu əyani olaraq göstərir.
- Emin Mahmudov dörd oyundur ki, zədə səbəbindən oynamır. Qarşıdakı iki həlledici görüşdə oynaya biləcək?
- Mahmudovun meydanda olmaması bizim üçün çətinlik yaradır, əsl çatışmazlıqdır. Amma bu daha çox baş məşqçiyə ünvanlanacaq sualdır. Komanda bu gün çox istəkli idi. Bizi qarşıda iki final gözləyir.
- İndiki “Neftçi”nin neçə faiz futbolçusunu dəyişmək lazımdır ki, “Qarabağ”a qarşı daha yaxşı oynayasız?
- Çətin sualdır. Biz bu mərhələdə diaqnozu müəyyən edə bildik. İnanırıq ki, qalsaq, güclənmə prosesi davam edəcək. Qış “transfer pəncərəsi”ndə yaxşı oyunçuları buraxan komanda yoxdur. İnanırıq ki, növbəti mövsüm üçün komandaya daha da güclü oyunçuları cəlb etmək imkanımız olacaq. Yens Anderson bu istiqamətdə işlərə başlayıb. Məsələyə nikbin baxıram.
- Lukas Melano haqda hansı fikirdəsiz?
- Meydanda qısa müddət oynadı. Ona görə də, çox danışmaq çətindir. Amma Lukas yaxşı futbolçudur. Məşqlərdə ciddidir. Ona görə də, Lukası da meydana buraxıb, şans vermək lazım idi.
- "Neftçi" azarkeşləri sosial şəbəkələrdə yazır ki, hazırkı komanda avrokuboklara getməsə yaxşıdır. Siz necə düşünürsüz, avrokuboklara vəsiqə qazansanız, normal komanda formalaşdırmaq üçün zamanınız olacaq?
- Məncə, bacaracağıq. Avrokuboklarda iştirak hər zaman təcrübə deməkdir.
- Avrokuboklara vəsiqə uğrunda əsas rəqibləriniz “Zirə", “Sabah” və “Sumqayıt”dır. Şansları necə dəyərləndirirsiz?
- Mən ancaq öz komandam haqda düşünürəm. Avrokuboklara vəsiqə qazanmaq üçün növbətim iki oyunda qələbə qazanmaq haqda fikirləşirik. Digər rəqiblər barədə nəsə düşünmürəm.