Cənubi Koreya yığmasının hücumçusu Çxo Qe-Sun tarixə düşüb.
Apasport.az saytının məlumatına görə, Qətərdə keçirilən dünya çempionatının qrup mərhələsində Qana ilə oyunda dubl edən 24 yaşlı forvard bir matçda başla iki dəfə fərqlənən ilk asiyalı olub.
O, həmçinin mundiallarda dubla imza atan ilk koreyalı kimi də tarixə düşüb. Qe-Suna qədər bir görüşdə başla iki qol vuran sonuncu 5 oyunçu isveçli Martin Dalin (1994), fransalı Zinəddin Zidan (1998), almaniyalı Miroslav Kloze (2002), argentinalı Qonzalo İquain (2010) və ingiltərəli Con Stounzdur (2018).
Qeyd edək ki, II turda Qanaya 2:3 hesabı ilə məğlub olan Cənubi Koreya qrupda son oyununu dekabrın 2-də Portuqaliyaya qarşı keçirəcək.