“Rapid” - “Neftçi”: Favorit açıqlandı
11.08.2022 - 14:14
Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək “Rapid” (Avstriya) - “Neftçi” (Azərbaycan) görüşünün əmsalları açıqlanıb.
Apasport.az saytının məlumatına görə, bukmeker kontorları Azərbaycan vitse-çempionunun görüşündə meydan sahiblərini aşkar favorit sayırlar.
Bu gün Vyanada baş tutacaq matçda “Rapid”in qələbəsi 1,34, “Neftçi”nin uğuru 7,60 əmsaldır. Qarşılaşmada heç-heçəyə 4,64 əmsal verilib.
Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 22:30-da başlayacaq.
0
0