Millinin sabiq üzvü qəzaya düşdü 
13.09.2022 - 00:00
Millinin sabiq üzvü qəzaya düşdü 

İngiltərə millisinin və “Liverpul”un sabiq futbolçusu Endi Kerrol qəzaya düşüb.

Apasport.az saytının məlumatına görə, hücumçu idarə etdiyi “Mersedes” cipi ilə ciddi yol-nəqliyyat hadisəsində iştirak edib. 

Onun avtomobili “Ford Fiesta” üz-üzə toqquşub. Hər iki avtomobil ciddi əzilib. Qəzadan dərhal sonra digər maşına yaxınlaşan Kerrol oradakıların durumu ilə maraqlanıb. Zərbə güclü olduğundan sürücü və sərnişinlər xəstəxanaya göndərilib.

Polis hər iki sürücünü dindirsə də, heç birini saxlamayıb. Onlar hadisə zamanı içkili olmayıb.

Qeyd edək ki, 33 yaşlı Kerrol hazırda azad agent statusuna malikdir.
 

writer photo
Əlirza Əlirzalı
0