Beyl: "Dünya çempionatında oynamaq inanılmaz hissdir"
21.11.2022 - 21:21
Beyl: "Dünya çempionatında oynamaq inanılmaz hissdir "

Uels millisinin kapitanı Qaret Beyl yığmadakı ab-havadan danışıb.

Apasport.az xəbər verir ki, Uels yığmasının yarımmüdafiəçisi Qətərlə keçirilən dünya çempionatına böyük həvəslə gəldiklərini deyib:

“Uşaq yaşlarında hamımız milli komanda ilə dünya çempionatında oynamağı arzulayırdıq. Bu turnirdə oynamaq inanılmaz hissdir. Ölkəni belə böyük yarışda təmsil etmək şərəfdir. Bu mundialın bizim üçün şən keçəcəyinə ümid edirik. Biz çıxışımızdan məmnun olmaq istəyirik”.

Qeyd edək ki, Uels yığması B qrupunda ilk matçını bu gün ABŞ-a qarşı keçirəcək.

writer photo
Əlirza Əlirzalı
0