Bukmekerlər millimizi şanssız sayır - ƏMSALLAR
10.06.2022 - 15:26
Bukmekerlər millimizi şanssız sayır - ƏMSALLAR

Millətlər Liqasının III turunda keçiriləcək Azərbaycan – Slovakiya matçının favoriti bəlli olub.

Apasport.az saytının məlumatına görə, bukmekerlər Bakıdakı “Dalğa Arena”da baş tutacaq görüşün əmsallarını açıqlayıb.

C liqasının 3-cü qrupunun qarşılaşmasında millimiz şanssız hesab olunur. Canni de Byazinin yetirmələrinin qələbəsinə 4,44 əmsalla pul qoyuluşu qəbul edilir. 

Matçın heç-heçə bitməsinin əmsalı 3,40-dır. Qonaqların qələbəsinə isə 1,90 əmsalla qoyuluşlar mümkündür.

Qeyd edək ki, Azərbaycan – Slovakiya matçı saat 20:00-da başlayacaq.

writer photo
Əlirza Əlirzalı
0