Bu gün Çempionlar Liqasında II təsnifat mərhələsi start götürür.
Apasport.az saytının məlumatına görə, ilk gündə 7 oyun keçiriləcək.
Azərbaycan çempionu “Qarabağ” Tofiq Bəhramov adına Respublika Stadionunda İsveçrə təmsilçisi “Sürix”i qəbul edəcək. Milli komandamızın hücumçusu Mahir Emrelinin formasını geyindiyi Zaqreb “Dinamo”su isə doğma arenasında “Şkupi”ni sınağa çəkəcək.
Çempionlar Liqası
II təsnifat mərhələsi, ilk oyunlar
19 iyul
20:00. “Qarabağ” (Azərbaycan) – “Sürix” (İsveçrə)
20:00. “Pünik” (Ermənistan) – “Düdelanj” (Lüksemburq)
20:00. “Jalgiris” (Litva) – “Malmö” (İsveç)
21:45. “Ludoqorets” (Bolqarıstan) – “Şemrok Rovers” (İrlandiya)
21:45. “Midtyullann” (Danimarka) - AEK (Larnaka, Kipr)
22:45. “Linfild” (Şimali İrlandiya) – “Bodo-Qlimt” (Norveç)
23:00. “Dinamo” (Zaqreb, Xorvatiya) – “Şkupi” (Şimali Makedoniya)
Qeyd edək ki, bu mərhələnin cavab oyunları iyulun 19-20-də keçiriləcək.