Çempionlar Liqası: İlk oyunlar yekunlaşır
17.08.2022 - 09:10
Çempionlar Liqası: İlk oyunlar yekunlaşır

Bu gün Çempionlar Liqasında pley-off mərhələsinin növbəti oyunları keçiriləcək.

Apasport.az saytının məlumatına görə, bununla da ilk görüşlər yekunlaşacaq.

İkinci oyun günündə 3 qarşılaşma olacaq. Azərbaycanın turnirdəki təmsilçisi “Qarabağ” Bakıda Çexiya təmsilçisi “Viktoriya”nı (Plzen) qəbul edəcək.

Çempionlar Liqası
Pley-off mərhələsi, ilk oyunlar
17 avqust

20:45. “Qarabağ” (Azərbaycan) – “Viktoriya” (Plzen, Çexiya)
23:00. “Makkabi” (Hayfa, İsrail) – “Srvena Zvezda” (Serbiya)
23:00. “Dinamo” (Kiyev, Ukrayna) – “Benfika” (Portuqaliya)

writer photo
Əlirza Əlirzalı
0