Şübhəli oyunun iştirakçıları yenidən üz-üzə
27.07.2022 - 16:29
Şübhəli oyunun iştirakçıları yenidən üz-üzə

Bu gün Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək “Klaksvik” - “Sutyeska” matçı yenidən diqqət mərkəzindədir.

Apasport.az saytının məlumatına görə, ötən həftə baş tutan ilk oyun ətrafında yaşananlar yenidən cütü gündəmdə saxlayıb.

Məsələ ondadır ki, ilk qarşılaşmada bukmekerlər əmsallarla bağlı anormal dəyişikliklər edib. Hətta baş verənlər möcüzəni xatırladıb.

Monteneqrodakı görüşdən 5 gün öncə “Sutyeska”nın qələbəsi 1,58, “Klaksvik”in uğuru 5,20-yə bərabər olub. Cəmi iki günə bu əmsallar o qədər kəskin dəyişib ki, qarşılaşma şübhələrə yol açıb. Monteneqroluların qələbəsi 1,58-dən 2,50-yə qalxıbsa, farerlilərin uğuru 2,85-ə qədər enib. Düzdür, əmsalların tez-tez dəyişməsi normal haldır. Amma belə kəskin dəyişiklik hələ də müzakirələrə səbəb olub. Hətta cavab görüşü də bukmeker kontorlarının nəzarətindədir.

Qeyd edək ki, komandalar arasında ilk oyun 0:0 hesabı ilə nəticələnib.
 

writer photo
Əlirza Əlirzalı
0