Bu gün Çempionlar Liqasında pley-off mərhələsinin cavab oyunlarına start veriləcək.
Apasport.az saytının məlumatına görə, ilk gündə baş tutacaq matçlardan sonra qrup mərhələsinə vəsiqə qazanacaq 3 komanda müəyyənləşəcək.
Azərbaycan çempionu “Qarabağ” Çexiyada “Viktoriya” (Plzen) ilə üz-üzə gələcək. Bakıda qolsuz bərabərə yekunlaşan ilk duelin revanşında təmsilçimiz qalib gəlməyə çalışacaq.
Öz meydanında “Benfika”ya 2 cavabsız qolla uduzan Kiyev “Dinamo”sunun Portuqaliyada işi çətin olacaq.
Digər cütlükdə isə “Srvena Zvezda” Hayfa “Makkabi”sini sınağa çəkəcək. Birinci matçda israillilər 3:2 hesablı qələbə qazanıb.
Çempionlar Liqası
Pley-off mərhələsi, cavab oyunları
23 avqust
23:00. “Viktoriya” (Plzen, Çexiya) – “Qarabağ” (Azərbaycan)
23:00 “Benfika” (Portuqaliya) – “Dinamo” (Kiyev, Ukrayna)
23:00. “Srvena Zvezda” (Serbiya) – “Makkabi” (Hayfa, İsrail)
Qeyd edək ki, pley-offun digər cavab oyunları sabah keçiriləcək.