Bu gün Çempionlar Liqasında 1/2 final mərhələsinin cavab oyunları start götürəcək.
Apasport.az saytının məlumatına görə, qitənin ən nüfuzlu klub turnirində ilk finalçı Milan derbisində bəlli olacaq.
İtaliya klublarının duelində “İnter” “Milan”ı qəbul edəcək. Ev oyunlarını eyni stadionda keçirən komandaların 6 gün əvvəlki görüşündə “neradzurra” iki cavabsız qolla qalib gəlmişdi.
Simone İnzaqinin yetirmələri bu üstünlüyü qorumaq üçün mübarizə aparacaq. Stefano Piolinin komandası isə çətin işin öhdəsindən gələrək revanş almalıdır.
Qeyd edək ki, ikinci finalçı sabah baş tutacaq “Mançester Siti” - “Real” görüşündə müəyyənləşəcək.
Çempionlar Liqası
1/2 final, cavab oyunu
16 may
23:00. “İnter” - “Milan”
Baş hakim: Klemen Turpin (Fransa)
Zədəlilər: Dalbert, Milan Şkrinyar (hər ikisi “İnter”), İsmael Bennaser (“Milan”)
Zədə üzündən sual altında olanlar: Xoakin Korrea (“İnter”), Rade Kruniç, Junior Messias, Alessandro Florensi (hamısı “Milan”)
Əmsallar: 1 – 2,18, X – 3,52, 2 – 3,68
Milan. Cüzeppe Meattsa stadionu
İlk oyun – 2:0