Çempionlar Liqasında qrup mərhələsinin püşkü atıldı
25.08.2022 - 20:58
Çempionlar Liqasında qrup mərhələsinin püşkü atıldı

Bu gün Çempionlar Liqasında 2022/23 mövsümünün qrup mərhələsinin püşkü atılıb.

Apasport.az saytının məlumatına görə, tədbirdə Avropanın 32 ən güclü klubu 8 qrupa bölünüb.

Püşkatma zamanı eyni ölkə təmsilçiləri fərqli qruplara salınıb. Bəzi qruplarda nəhəng klublar bir-birlərinə rəqib olub. C qrupunu isə "ölüm qrupu" adlandırmaq olar. "Bavariya", "Barselona" və "İnter" eyni qrupda mübarizə aparacaq. Bu isə o deməkdir ki, yay fasiləsində Kataloniya klubuna keçən Robert Levandovski ilk ilindəcə əfsanəsinə çevrildiyi "Bavariya"ya rəqib olub.

Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin şərəfini qoruduğu Zaqreb "Dinamo"su isə E qrupunda “Milan”, “Çelsi” və “Zalsburq”la yarışacaq.

Qeyd edək ki, ilk turun oyunları sentyabrın 6-7-də keçiriləcək.

A qupu
“Ayaks” (Niderland)
“Liverpul” (İngiltərə)
“Napoli” (İtaliya)
“Reyncers” (Şotlandiya)

B qrupu
“Porto” (Portuqaliya)
“Atletiko” (İspaniya)
“Bayer” (Almaniya)
“Brügge” (Belçika)

C qrupu
“Bavariya” (Almaniya)
“Barselona” (İspaniya)
“İnter” (İtaliya)
“Viktoriya” (Plzen, Çexiya)

D qrupu
“Ayntraxt” (Almaniya)
“Tottenhem” (İngiltərə)
“Sportinq” (Portuqaliya)
“Marsel” (Fransa)

E qrupu
“Milan” (İtaliya)
“Çelsi” (İngiltərə)
“Zalsburq” (Avstriya)
“Dinamo” (Zaqreb, Xorvatiya)

F qrupu
“Real” (İspaniya)
“Leypsiq” (Almaniya)
“Şaxtyor” (Donetsk, Ukrayna)
“Seltik” (Şotlandiya)

G qrupu
“Mançester Siti” (İngiltərə)
“Sevilya” (İspaniya)
“Borussiya” (Dortmund, Almaniya)
“Kopenhagen” (Danimarka)

H qrupu
PSJ (Fransa)
“Yuventus” (İtaliya)
“Benfika” (Portuqaliya)
“Makkabi” (Hayfa, İsrail)

writer photo
Əlirza Əlirzalı
0