ÇL-də 1/4 finalın cütləri məlum oldu - YENİLƏNİB
15.03.2024 - 15:19
ÇL-də 1/4 finalın cütləri məlum oldu - YENİLƏNİB

Bu gün UEFA Çempionlar Liqasında mövsümün son püşkü atılıb. 

Apasport.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində 1/4 final cütləri, yarımfinal və finalın potensial rəqibləri bəlli olub. 

Kor püşkdə ilk çıxan komanda ev sahibi olacaq. 

1/4 final

"Arsenal" - "Bavariya"

"Atletiko Madrid" - "Borussiya Dortmund" 

"Real Madrid" - "Mançester Siti" 

PSJ - "Barselona" 

Yarımfinal

“Atletiko” - “Borussiya” cütünün qalibi / PSJ - “Barselona” cütünün qalibi

“Arsenal” - “Bavariya” cütünün qalibi / “Real” - “Mançester Siti” cütünün qalibi

Finalın nominal ev sahibi "Atletiko Madrid" - "Borussiya Dortmund" / PSJ - "Barselona" yarımfinal cütünün qalibi olacaq. 

Qeyd edək ki,  1/4 final mərhələsinin oyunları aprelin 9-10-da və 16-17-də, yarımfinalın matçları isə 30 aprel – 1 may və 7-8 may, final matçı isə 1 iyun tarixində oynanılacaq.

writer photo
Əlirza Əlirzalı
0