ÇL-də yeni mövsümə start verildi
10.07.2024 - 01:30
ÇL-də yeni mövsümə start verildi

Bu gün avrokubokların 2024/25 mövsümünə start verilib.

Apasport.az xəbər verir ki, Çempionlar Liqasının I təsnifat mərhələsinin ilk oyunları çərçivəsində 6 matç baş tutub.

Yeni mövsüm Litvada keçiriləcək qarşılaşma ilə başlayacaq. HİK-i qəbul edən “Panevejis” gözlənilmədən rəqib qapısından 3 cavabsız top keçirib.

Rumıniya çempionu FCSB isə səfərdə "Virtus"u 7 dəfə məyus edib - 7:1.

Qeyd edək ki, I təsnifat mərhələsinin ilk oyunlarına sabah yekun vurulacaq.

Çempionlar Liqası
I təsnifat mərhələsi
İlk oyunlar, 9 iyul

19:30. “Panevejis” – HİK - 3:0
20:45. “Hamrun Spartans” – “Linkoln” - 0:1
22:00. TNS – “Deçiç” - 3:0
22:00. “Santa Koloma” – “Balkani” - 1:2
22:45. “Vikinqur” – “Şemrok Rovers” - 0:0
23:00. “Virtus” – FCSB - 1:7

 

writer photo
Əlirza Əlirzalı
0