“Yuventus”da itkilər
30.09.2023 - 19:24
“Yuventus”da itkilər

“Yuventus” itkilərlə üzləşib.

Apasport.az saytının məlumatına görə, bunu baş məşqçi Massimiliano Alleqri açıqlayıb.

O bildirib ki, A seriyasının “Atalanta” ilə matçında iki futbolçu iştirak edə bilməyəcək. Turin klubunda Duşan Vlahoviç və Arkadiuş Milik bu qarşılaşmanı buraxacaq. 

Hər iki oyunçu zədədən əziyyət çəkir. Duşan belində, Arkadiuş əzələsindəki problemə görə komandasına kömək etməyəcək.

Qeyd edək ki, “Yuventus”un digər oyunçusu Moyze Kin zədədən sorna heyətə dönüb.

writer photo
Əlirza Əlirzalı
0