Dani: "Santuşun istefası məntiqlidir"
16.12.2022 - 01:38
Dani: "Santuşun istefası məntiqlidir"

“Santuşun istefası dünya çempionatındakı məğlubiyyətdən sonra məntiqlidir".

Apasport.az xəbər verir ki, bunu Portuqaliya millisinin və "Zenit"in keçmiş futbolçusu Dani deyib.

39 yaşlı veteran Fernandu Santuşun millinin baş məşqçi postundan istefasına münasibət bildirib: "Əslində, bu vəziyyətdə ən çox gözlənilən nəticə budur. Növbəti namizəd Juze Mourinyudur? İnanmıram, amma kim bilir. Şəxsən mən Andre Vilaj-Boaşı bu postda görmək istərdim!”

Qeyd edək ki, Andre Vilaj-Boaş 2014-2016-cı illərdə "Zenit"i çalışdırıb.

 

writer photo
Əlirza Əlirzalı
0