DÇ-1966-dan bəri ilk dəfə...
26.11.2022 - 12:08
DÇ-1966-dan bəri ilk dəfə...

Niderland millisi Qətərdə keçirilən dünya çempionatının II tur matçında Ekvadorun qapısına cəmi iki zərbə vurub.

Apasport.az saytının məlumatına görə, bu, “narıncılar”ın DÇ-1966-dan bəri mundiallarda ən pis göstəricisidir.

Lui van Qalın yetirmələrinin Ekvadorla qarşılaşmada iki dəqiq zərbəsindən biri qolla nəticələnib və komanda rəqibi ilə heç-heçə edib. 

Qeyd edək ki, iki turdan sonra həm Niderland, həm də Ekvador 4 xalla A qrupunda 1-2-ci yerləri bölüşdürür.

writer photo
Əlirza Əlirzalı
0