DÇ-2022: 40 minlik stadionda 41721 azarkeş - QALMAQAL
21.11.2022 - 23:27
DÇ-2022-nin A qrupunda keçirilən Seneqal - Niderland matçı ilə əlaqədar qalmaqallı iddia ortaya atılıb.
Apasport.az "Marca"ya istinadən xəbər verir ki, iddiaya əsasən sözügedən matça biletsiz azarkeşlər buraxılıb. Buna səbəb görüşün keçirildiyi "Əl Tumama" stadionunun matçın əvvəllərində dolmamasıdır.
Lakin arenaya həddindən artıq futbolsevər buraxılıb. Matçın gedişində stadionda 41721 tərəfdarın oyunu izlədiyi açıqlanıb. Halbuki görüşün keçirildiyi stadionun tutumu 40 mindir.
Qeyd edək ki, sözügedən matçda Niderland millisi iki cavabsız qolla qalib gəlib.
0
0