Qətərdə keçirilən dünya çempionatı Niderland millisinin hücumçusu Kodi Qakpo üçün uğurlu start götürüb.
Apasport.az saytının məlumatına görə, 23 yaşlı forvard qrup mərhələsinin ilk iki oyununda fərqlənməyi bacarıb.
Əvvəlcə Seneqal üzərində 2:0 hesablı qələbəyə 1 qolla töhfə verən Qakpo Ekvadorla matçda da komandasının yeganə topunun müəllifi olub. Bununla o, bir dünya çempionatının ilk iki oyununda fərqlənən ikinci niderlandlıdır. Qakpo komanda yoldaşı Memfis Depayın DÇ-2014-dəki nailiyyətini təkrarlayıb.
Qeyd edək ki, iki turdan sonra aktivində 4 xal olan Niderland qrupdakı son matçını noyabrın 29-da ev sahibi Qətərə qarşı keçirəcək.