“Zirə” avrokuboklara vəsiqəni təmin etdi
25.04.2025 - 21:58

“Zirə” avrokuboklara vəsiqəni təmin edib.
Apasport.az xəbər verir ki, bu, Premyer Liqanın XXXII turunun ilk oyunu səbəb olub.
4-cü pillədəki “Turan Tovuz” “Şamaxı” ilə oyunda xal itirib – 1:1.
Bununla da qərblilər üçün 2-ci yerdəki “Zirə” əlçatmaz olub. 61 xala malik qəsəbə klubu son 4 tur qalmış 4-cü pilləni 12 xal, həm də qələbələrin mümkün sayında qabaqlayır.
Rəşad Sadıqovun komandası bununla mükafatçıalr sıraslnda yerini təmin edib. İlk “üçlük”də yeri rəsmiləşən “Zirə” avrokuboklara vəsiqə qazanıb. Qəsəbə klubunun hansı turnirdə oynayacağı mövsümün sonunda dəqiqləşəcək.
- UEFA-nın dəstəyi ilə Bakıda məşqçi kursları keçiriləcək
- "Neftçi"nin sabiq futbolçusu: "Emin və Mahir olduqca keyfiyyətli futbolçulardır"
- Misli Premyer Liqasının ən bahalı futbolçuları bəlli olub
- AFFA U-13 Qızlar Liqasının qalibləri mükafatlandırılıblar
- U-17 yığmamız Gürcüstanla yoxlama oyunu keçirəcək
10
0