Qətərdə keçirilən dünya çempionatının qrup mərhələsinin I tur oyunlarından sonra bukmeker kontorları komandaların şanslarını dəyərləndirib.
Apasport.az saytının məlumatına görə, ekspertlər mundialın qalibi olmağa əsas namizəd qismində Braziliya yığmasını görür.
“Pentakampeonlar”ın kuboku qazanmaq ehtimalı 3,75 əmsalla qiymətləndirilib. Onu İspaniya və Fransa təqib edir. Hər iki Avropa komandasının şansı 8,00 əmsala bərabər göstərilib. İngiltərə əmsal baxımından bu komandalardan cüzi geri qalır – 8,50.
Digər komandaların çempionluq şansı isə belədir:
5. Argentina – 10,50
6. Portuqaliya - 14,00
7. Niderland – 15,00
8. Belçika – 21,00
9. Almaniya – 27,00
10. Danimarka – 45,00
11. Uruqvay - 50,00
12. Xorvatiya - 75,00
13. İsveçrə - 85,00
14. Ekvador və Yaponiya – 100,00
16. Serbiya – 110,00
17. Meksika – 125,00