DÇ-2022-nin ən dəyərli “11-liy”i
21.11.2022 - 17:11
DÇ-2022-nin ən dəyərli “11-liy”i

Qətərdə keçirilən dünya çempionatında iştirak edən futbolçulardan ibarət ən dəyərli “11-lik” hazırlanıb.

Apasport.az saytının məlumatına görə, hər mövqenin ən bahalı oyunçularının seçildiyi rəmzi komanda 4-2-3-1 formatına uyğun düzəldilib.

Ümumi dəyəri 1 milyard 25 milyon avro olan komandada yalnız İngiltərə yığması birdən artıq oyunçu ilə təmsil olunub. Ada təmsilçisinin 3 üzvü DÇ-2022 iştirakçıları arasında öz mövqeyinin ən bahalı futbolçusudur.

Qapıçı: Tibo Kurtua (Belçika) – 60 milyon avro
Mərkəz müdafiəçisi: Ruben Diaş (Portuqaliya) – 75 milyon
Mərkəz müdafiəçisi: Mattiys de Liqt (Niderland) – 70 milyon
Sol cinah müdafiəçisi: Alfonso Deyvis (Kanada) – 70 milyon
Sağ cinah müdafiəçisi: Trent Aleksander-Arnold (İngiltərə) – 70 milyon
Orta sahə: Federiko Valverde (Uruqvay) – 100 milyon
Orta sahə: Fil Foden (İngiltərə) – 110 milyon
Pleymeyker: Camal Musiala (Almaniya) – 100 milyon
Sol cinah hücumçusu: Vinisyus Junior (Braziliya) – 120 milyon
Sağ cinah hücumçusu: Bukayo Saka (İngiltərə) – 90 milyon
Mərkəz hücumçusu: Kilian Mbappe (Fransa) – 160 milyon
 

writer photo
Əlirza Əlirzalı
0